QR CodeQR Code

İran generallarından ABŞ və İsrail rejiminin təhdidlərinə cavab

Deyerler , 21 Nov 2011 11:47

IslamTimes - İran İslam Respublikasının generalı Yəhya Rahim Səfəvi və general Qulaməli Rəşid ABŞ və İsrail rejiminin son dövrlər etdiyi təhdidlərə cavab verib.


General Səfəvi ölkəsinə müharibə elan edənləri peşman edəcəklərini qeyd edib. “Düşmənlər bilsin ki, onların İrana qarşı hər cür hərbi təhdidi gözləmədikləri bir şəkildə cavablandırılacaq”.

ABŞ və İsrail rejiminin ən pis vəziyyətdə olduğunu və heç bir hədəfə çatmadığını bildirən Səfəvi, müharibə olarsa, müharibənin kontrolunu və sərhədlərini İranın müəyyən edəcəyini bildirib.

General Qulaməli Rəşid isə öz növbəsində İsrail rejiminin təhdidlərini həyata keçirmək gücdə olmadığını, onların sadəcə psixoloji müharibə apardığını qeyd edib. O bildirib ki, İrana qarşı hücum olarsa, raketlərlə İsrail rejiminin bütün mərkəzlərini vura biləcəklər.


Story Code: 115803

News Link :
https://www.islamtimes.org/az/news/115803/iran-generallarından-abş-və-israil-rejiminin-təhdidlərinə-cavab

Islam Times
  https://www.islamtimes.org