QR CodeQR Code

Pakistanda anti-amerika aksiyaları davam edir

IRIB , 30 Nov 2011 17:28

İslamtimes - Pakistan xalqının şimalı Atlantika Alyansı NATO-nun bu ölkə torpağına qarşı son hücumlarına etiraz olaraq Amerikaya qarşı aksiyaları 4-cü gününə daxil olub.


Fars xəbər agentliyinin verdiyi məlumata əsasən, Pakistan xalqından çoxlu sayda qrup o cümlədən siyasi-dini partiyaların üzvləri, ictimai qurumlar, ədliyyə vəkilləri və tələbələri bu ölkənin müxtəlif şəhərlərində o cümlədən Karaçi, Lahor, İslamabad, Kovetta və Multan da aksiyalar keçirərək Amerikanın təcavüzkarlıqlarına qarşı özlərinin qəzəb və nifrətlərini nümayiş etdiriblər.

Aksiya iştirakçıları həmçinin Pakistan dövlətinin NATO və Amerika ilə əməkdaşlıqlarının kəsilməsi zəruriyyətinə təkid ediblər.

NATO vertolyotları şənbə günü (26 noyabr) Pakistanın hava zonasını pozaraq Mehmənd İcnesi qəbilə sakinli məntəqənin 55 kilometrliyində yerləşən Səlasə sərhəd zastavasını hədəf tutub. Nəticədə 28 Pakistan hərbçisi həlak oldu, 33 nəfər isə yaralanıb.


Story Code: 118723

News Link :
https://www.islamtimes.org/az/news/118723/pakistanda-anti-amerika-aksiyaları-davam-edir

Islam Times
  https://www.islamtimes.org