QR CodeQR Code

İran ABŞ-a məxsus pilotsuz təyyarəni ələ keçirdi

5 Dec 2011 10:17

IslamTimes - İran Silahlı Qüvvələri ABŞ-a məxsus bir pilotsuz təyyarəni vurub.


“IslamTimes”-ın xəbərinə görə, bu barədə “FarsNews” saytı məlumat yayıb.

İslam Respublikası KİV-i İran Silahlı Qüvvələrinin vəzifəli bir şəxsinə istinadən bildirir ki, ABŞ-a məxsus son texnologiyalarla təchiz olunmuş RQ-170 tipli pilotsuz casus hərbi kəşfiyyat təyyarəsi İranın Şərq sərhəd mətəqəsinin səmasında kəşf edilib. Pilotsuz yüngül bir xəsarətlə ABŞ-ın idarəetmə dairəsindən çıxarılaraq ələ keçirilib.

Pilotsuzun vurulması açıqlamasından sonra NATO-nun Əfqanıstanda yerləşən qüvvələri ötən həftə bir hərbi kəşfiyyat təyyarəsinin itdiyi iddiasını irəli sürüblər. Guya bir həftə imiş ki, NATO casus pilotsuzla bağlı araşdırma aparırmış.


Story Code: 119848

News Link :
https://www.islamtimes.org/az/news/119848/iran-abş-a-məxsus-pilotsuz-təyyarəni-ələ-keçirdi

Islam Times
  https://www.islamtimes.org