QR CodeQR Code

Qeyri-rəsmi ehsan qadağası

HaqqYolu , 6 Dec 2011 14:19

IslamTimes - Üçüncü mikrorayonda verilən ehsan süfrəsinə polis əməkdaşları gəlib


Bu gün səhər saatlarında paytaxt Bakının 3-cü mikrorayon ərazisində, metronun Memar Əcəmi stansiyasının yaxınlığında Aşura günü ilə bağlı verilən ehsan süfrəsinin açıldığı yerə polis əməkdaşları gəliblər. Yol kənarında qurulmuş çadıra əvvəlcə qara rəngli bir "cip" maşını yaxınlaşıb. Maşından düşən bir neçə nəfər ehsan süfrəsi verən şəxsə yaxınlaşaraq nəsə söhbət ediblər. Daha sonra əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəliblər və çadırının içindən yaşıl rəngli bayrağı götürərək maşına qoyublar.

Verilən məlumata görə, polislər bir saatdan ehsan süfrəsini tamamlamağı tapşıraraq, ərazidən uzaqlaşıblar.

Məlumatda həmçinin o da bildirilir ki, hər il eyni yerdə ehsan süfrəsi açılır və indiyə kimi bu cür tədbirlərə heç vaxt müdaxilə olmayıb.


Story Code: 120077

News Link :
https://www.islamtimes.org/az/news/120077/qeyri-rəsmi-ehsan-qadağası

Islam Times
  https://www.islamtimes.org