QR CodeQR Code

Türkiyə və Ermənistan arasında

QEYRI-RƏSMI TICARƏT DÖVRIYYƏSI 200 MILYON DOLLARDIR

Kaan Soyak: “Sərhədlərin açılması ilə ticarət həcmi üç ildə 1 milyard dollara çatacaq”

ANS , 23 Sep 2009 23:46

Türkiyə və Ermənistan arasında illik ticarət dövriyyəsi təxminən 200 milyon dollar təşkil edir.


Gürcüstan vasitəsilə ticarətdə əsas yeri qida və təmizlik malları, o cümlədən, inşaat vəsaitləri tutur. Türkiyə-Ermənistan İş İnkişafı Şurasının həmsədri Kaan Soyakın fikrincə, sərhədlərin açılması ilə ticarət həcmi üç ildə 1 milyard dollara çatacaq. 

Ermənistanla sərhədlərin bağlandığı 1993-cü ildə Türkiyənin xarici ticarət dövriyyəsi 44,7 milyard dollar olub. Bunun bir faizini Ermənistanla aparılan ticarət təşkil edib. 16 il əvvəl Türkiyə Ermənistana başda qida və tekstil məhsulları başda olmaqla 4 milyon 148 min dollarlıq mal ixrac edib və 319 min dollarlıq mal idxalı olub.


Story Code: 12075

News Link :
https://www.islamtimes.org/az/news/12075/qeyri-rəsmi-ticarət-dövriyyəsi-200-milyon-dollardir

Islam Times
  https://www.islamtimes.org