QR CodeQR Code

ƏHMƏDİNEJADDAN OBAMAYA MƏSLƏHƏT

Yeni MÜSAVAT , 26 Sep 2009 05:50

“ABŞ prezidenti Barak Obama İran İslam Respublikasını nüvə fəaliyyətinə görə tənqid etmək əvəzinə Amerika həbsxanalarındakı işgəncələrə son versin”.


 SİA-nın məlumatına görə, bu tənqidi fikirləri İran prezidenti Mahmud Əhmədinejad səsləndirib.

Obamanı Tehranın sülhməqsədli nüvə enerji səylərini tənqid etdiyi üçün qınayan Əhmədinejad bildirib ki, Qərb ölkələrinin İrana qarşı illərdir davam etdirdiyi tənqidlər heç dəyişməyib.

“Başda ABŞ olmaqla, Qərb ölkələri də həmişə eyni şəkildə tənqidlər edirlər. Halbuki Ağ Ev rəhbəri bizi tənqid etmək yerinə ölkəsindəki həbsxanalarda davam edən işgəncələri dayandırsın”, - deyə İran lideri B.Obamaya məsləhət verib.

ABŞ-ın dünyanı maraqlandıran mövzularda beynəlxalq ictimaiyyəti nəzərə almadan özbaşına qərarlar qəbul etməsindən qorxmadığını deyən Əhmədinejad Vaşinqtonun heç olmasa İrana qarşı olan münasibətində dəyişiklikər edəcəyini ümid etdiyini əlavə edib.

“Obama sözlərində Corc Buşdan fərqlidir, ancaq tətbiqlərində hələ hər hansı bir fərqlilik görə bilmirik. Ümid edirik sözlərindəki fərqlilik siyasətlərinə və tətbiqlərinə də təsirini göstərəcək”, - deyə M.Əhmədinejad qeyd edib.


Story Code: 12145

News Link :
https://www.islamtimes.org/az/news/12145/əhmədinejaddan-obamaya-məsləhət

Islam Times
  https://www.islamtimes.org