0
Saturday 26 September 2009 - 05:50

ƏHMƏDİNEJADDAN OBAMAYA MƏSLƏHƏT

Story Code : 12145
ƏHMƏDİNEJADDAN OBAMAYA MƏSLƏHƏT

 SİA-nın məlumatına görə, bu tənqidi fikirləri İran prezidenti Mahmud Əhmədinejad səsləndirib.

Obamanı Tehranın sülhməqsədli nüvə enerji səylərini tənqid etdiyi üçün qınayan Əhmədinejad bildirib ki, Qərb ölkələrinin İrana qarşı illərdir davam etdirdiyi tənqidlər heç dəyişməyib.

“Başda ABŞ olmaqla, Qərb ölkələri də həmişə eyni şəkildə tənqidlər edirlər. Halbuki Ağ Ev rəhbəri bizi tənqid etmək yerinə ölkəsindəki həbsxanalarda davam edən işgəncələri dayandırsın”, - deyə İran lideri B.Obamaya məsləhət verib.

ABŞ-ın dünyanı maraqlandıran mövzularda beynəlxalq ictimaiyyəti nəzərə almadan özbaşına qərarlar qəbul etməsindən qorxmadığını deyən Əhmədinejad Vaşinqtonun heç olmasa İrana qarşı olan münasibətində dəyişiklikər edəcəyini ümid etdiyini əlavə edib.

“Obama sözlərində Corc Buşdan fərqlidir, ancaq tətbiqlərində hələ hər hansı bir fərqlilik görə bilmirik. Ümid edirik sözlərindəki fərqlilik siyasətlərinə və tətbiqlərinə də təsirini göstərəcək”, - deyə M.Əhmədinejad qeyd edib.

Source : Yeni MÜSAVAT
Comment