QR CodeQR Code

Pentaqon rəhbəri gözlənilmədən Əfqanıstana gedib

14 Dec 2011 02:34

IslamTimes - Leon Panetta planlaşdırılmamış səfərlə Kabilə gedib. İslamabadla münasibətlərin soyumasının nəticəsi olaraq, bu gün Vaşinqton Pakistana 700 milyon dollarlıq maliyyə yardımını da dondurub.


Milli.Az xəbər portalının «Reuters»ə istinadən verdiyi məlumata görə, onun əfqanıstanlı həmkarı Abdul Rahim ilə görüşü nəzərdə tutulur. Görüşdə son zamanlar ABŞ-la münasibətləri korlanmış Pakistandakı vəziyyət müzakirə olunacaq.

Xatırladaq ki, İslamabadla münasibətlərin soyumasının nəticəsi olaraq, bu gün Vaşinqton Pakistana 700 milyon dollarlıq maliyyə yardımını dondurub. Bu, Pakistanın ərazisindən ABŞ-ın Əfqanıstandakı hərbçilərinə ərzaq və silah daşınmasını qadağan etməsinə cavabdır. Öz növbəsində, İslamabadın ABŞ yüklərinin daşınmasına qadağa qoyması NATO aviasiyasının ard-arda yanlış hədəfləri bombalaması və onlarla pakistanlı hərbçinin ölməsilə bağlıdır. Pakistan buna görə rəsmən üzr istənilməsini tələb edir.


Story Code: 122021

News Link :
https://www.islamtimes.org/az/news/122021/pentaqon-rəhbəri-gözlənilmədən-əfqanıstana-gedib

Islam Times
  https://www.islamtimes.org