QR CodeQR Code

Putindən şok açıqlama

XəzərXəbər , 16 Dec 2011 23:38

IslamTimes - Putin Qəddafinin Liviyada üsyançılar deyil, ABŞ qüvvələri tərəfindən öldürüldüyünü deyib


Rusiyanın baş naziri Vladimir Putin Liviyanın keçmiş prezidenti Müammər Qəddafinin ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

"Ria Novosti" agentliyinin xəbərinə görə, dünən canlı yayında vətəndaşların suallarını cavablandıran Putin Qəddafinin Liviyada üsyançılar deyil, ABŞ qüvvələri tərəfindən öldürüldüyünü deyib: "Bu işi kim gördü? Amerikanın pilotsuz təyyarələri onun karvanına hücum etdi. Xüsusi təyinatlı dəstələri oraya çağırdılar. Liviyalı inqilabçılar və ya müxaliflər deyilən şəxsləri də oraya gətirdilər və Qəddafini mühakimə etmədən, istintaq aparmadan öldürdülər".


Story Code: 122795

News Link :
https://www.islamtimes.org/az/news/122795/putindən-şok-açıqlama

Islam Times
  https://www.islamtimes.org