QR CodeQR Code

Türkiyə Fransadakı səfirini geri çağıra bilər

Deyerler , 18 Dec 2011 15:27

IslamTimes - Fransa Türkiyəni məngənədə sıxmağa çalışır.


Fransanın “erməni soyqırımı” qərarını qəbul etməyə çalışması AB-nin Suriya mövzusunda Türkiyəyə təzyiq göstərmək səyləri kimi qiymətləndirilir.

Fransa parlamentinin “erməni iddiaları”nın rədd edilməsini cinayət sayan qanunu qəbul edəcəyi təqdirdə Türkiyə etiraz olaraq, Parisdəki səfiri Tahsin Burcuoğlunu Ankaraya geri çağıracaq. Türkiyənin Fransadakı səfirliyinin attaşesi Engin Solakoğlu AA-ya verdiyi açıqlamada qanun layihəsinin qəbul edilməsinin türk-fransız əlaqələrində bərpası mümkünsüz yaralara yol açacağını deyərək, Parisdəki türk səfiri Tahsin Burcuoğlunun müşavirə üçün qeyri-müəyyən müddətə Ankaraya çağırılacağını bildirdi.


Story Code: 123251

News Link :
https://www.islamtimes.org/az/news/123251/türkiyə-fransadakı-səfirini-geri-çağıra-bilər

Islam Times
  https://www.islamtimes.org