QR CodeQR Code

ABŞ xalqının etirazı aksiyası vəhşicəsinə dağıdılır

20 Dec 2011 21:44

IslamTimes - “Uoll-striti zəbt et” hərəkatının iştirakçıları Vaşinqtonda keçirdikləri aksiya zamanı həbs olunub.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, polis bildirib Ağ Evin qarşısında etiraz aksiyası keçirməyə cəhd edən qrupun 11 nəfəri saxlanılıb. Nümayişçilərə qarşı polis dəyənəklər və göz yaşardıcı qazdan istifadə edir. 

Etirazçılar hərbi xərclər haqqında yeni qanunun qəbul olunmasına etirazını bildirmək niyyətində olublar. Bu qanun ABŞ dövlətinə terror ittihamı ilə istədiyi şəxsləri qeyri müəyyən müddətə həbs etməyə imkan verir.

Xatırladaq ki, “Uoll-striti zəbt et” hərəkatı Nyu-Yorkda iqtisadi və sosial ədalətsizliyə qarşı başlanılıb. Ümumilikdə ölkə üzrə keçirilən aksiyalarda bir neçə yüz nəfər həbs edilib. Aksiyalar Los-Anceles, Vaşinqton, Filadelfiya, Çikaqo, Sietl və başqa şəhərlərdə keçirilib.


Story Code: 123881

News Link :
https://www.islamtimes.org/az/news/123881/abş-xalqının-etirazı-aksiyası-vəhşicəsinə-dağıdılır

Islam Times
  https://www.islamtimes.org