QR CodeQR Code

Obamadan Belarusa qarşı akt

4 Jan 2012 17:00

IslamTimes - ABŞ prezidenti dünya çempionatının Minskdə keçirilməsini istəmir.


ABŞ prezidenti Barak Obama Belorusda demokratiya və insan haqları barədə Konqres aktını imzalayıb.

CNN-nin verdiyi məlumata görə, qanun 2010-cu ilin dekabrında keçirilən prezident seçkilərindən sonrakı dövrdə müxalif fəalların təzyiqlərə məruz qalması ilə bağlı Aleksandr Lukaşenko rejiminə qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur.

Belarusa silah satışı da qadağan olunur. Sənəddə 2014-cü ildə Minskdə xokkey üzrə dünya çempionatı keçirməyi planlaşdıran Beynəlxalq Xokkey Federasiyasına bu plandan imtina etmək çağırışı da yer alıb. /Lent.az/


Story Code: 127665

News Link :
https://www.islamtimes.org/az/news/127665/obamadan-belarusa-qarşı-akt

Islam Times
  https://www.islamtimes.org