QR CodeQR Code

“Robot - ABŞ üçün ən yaxşı prezident olardı”

10 Jan 2012 00:22

IslamTimes - Kuba inqilabının lideri Fidel Kastro bidirib ki, ABŞ üçün ən yaxşı prezident robot ola bilərdi.


Kastro öz yeni məqaləsində istehza ilə bildirib ki, ABŞ-ı idarə etmək üçün robot ən uyğundur: “Mən əminəm ki, amerikalıların 90%-i - ələlxüsus da, hökumətin siyasəti nəticəsində kasıblamış insanlar məmnuniyyətlə robota səs verərdilər”.

Bundan öncəki məqaləsində Fidel Kastro bəşəriyyəti 2 əsas qlobal təhlükəyə - nüvə müharibəsi və iqlim dəyişikliklərinə qarşı birgə mübarizəyə səsləyib.

ABŞ-ın seçki prorsesinə diqqət çəkən Kastro bildirib ki, hər bir namizədin arxasında olan nüvə silahının sayı, onun başında olan sülh planlarının sayından daha çoxdur. “Belə olan halda, Ağ Evdə robotun olması lap yerinə düşərdi. Zira, bu robot bizim həyatımıza son qoyacaq nüvə müharibəsinə yol verməzdi”, - deyə Kastro vurğulayıb. (news.mail.ru)



/Deyerler.org/






Story Code: 129007

News Link :
https://www.islamtimes.org/az/news/129007/robot-abş-üçün-ən-yaxşı-prezident-olardı

Islam Times
  https://www.islamtimes.org