0
Tuesday 10 January 2012 - 00:22

“Robot - ABŞ üçün ən yaxşı prezident olardı”

Story Code : 129007
Fidel Kastro
Fidel Kastro
Kastro öz yeni məqaləsində istehza ilə bildirib ki, ABŞ-ı idarə etmək üçün robot ən uyğundur: “Mən əminəm ki, amerikalıların 90%-i - ələlxüsus da, hökumətin siyasəti nəticəsində kasıblamış insanlar məmnuniyyətlə robota səs verərdilər”.

Bundan öncəki məqaləsində Fidel Kastro bəşəriyyəti 2 əsas qlobal təhlükəyə - nüvə müharibəsi və iqlim dəyişikliklərinə qarşı birgə mübarizəyə səsləyib.

ABŞ-ın seçki prorsesinə diqqət çəkən Kastro bildirib ki, hər bir namizədin arxasında olan nüvə silahının sayı, onun başında olan sülh planlarının sayından daha çoxdur. “Belə olan halda, Ağ Evdə robotun olması lap yerinə düşərdi. Zira, bu robot bizim həyatımıza son qoyacaq nüvə müharibəsinə yol verməzdi”, - deyə Kastro vurğulayıb. (news.mail.ru)



/Deyerler.org/





Comment