QR CodeQR Code

İrana qarşı sanksiyalar İran nüvə probleminin həllinə mane olacaq

14 Jan 2012 00:29

IslamTimes - "İrana hərbi təcavüz və sanksiyalar hakimiyyəti dəyişməyə yönəlib."


"IslamTimes" "ItarTass"-a istinadən xəbər verir ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov jurnalistlər qarşısında çıxışında bildirib ki, İrana hərbi təcavüz və sanksiyalar hakimiyyəti dəyişməyə yönəlib. Qatilov deyib: Son günlər İran ətrafında gərginlik artmaqdadır. Qərb dövlətlərinin sanksiyaları beynəlxalq çərçivələri aşır və beynəlxalq sülhə neqativ təsir göstərir. Qatilov əlavə edib: "Biz BMT TŞ-nin qətnamələri əsasında İranla əməkdaşlığı davam etdirir və sanksiyaların təsirinə inanmırıq. İrana qarşı əlavə sanksiyaların hakimiyyətin dəyişilməsinə yönəldildiyini düşünürük."


Story Code: 130089

News Link :
https://www.islamtimes.org/az/news/130089/irana-qarşı-sanksiyalar-iran-nüvə-probleminin-həllinə-mane-olacaq

Islam Times
  https://www.islamtimes.org