0
Saturday 14 January 2012 - 00:29

İrana qarşı sanksiyalar İran nüvə probleminin həllinə mane olacaq

Story Code : 130089
Iran - Nuclear
Iran - Nuclear
"IslamTimes" "ItarTass"-a istinadən xəbər verir ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov jurnalistlər qarşısında çıxışında bildirib ki, İrana hərbi təcavüz və sanksiyalar hakimiyyəti dəyişməyə yönəlib. Qatilov deyib: Son günlər İran ətrafında gərginlik artmaqdadır. Qərb dövlətlərinin sanksiyaları beynəlxalq çərçivələri aşır və beynəlxalq sülhə neqativ təsir göstərir. Qatilov əlavə edib: "Biz BMT TŞ-nin qətnamələri əsasında İranla əməkdaşlığı davam etdirir və sanksiyaların təsirinə inanmırıq. İrana qarşı əlavə sanksiyaların hakimiyyətin dəyişilməsinə yönəldildiyini düşünürük."
Comment