QR CodeQR Code

Foreign police İran əleyhinə terrorlarda MOSSAD-ın izini aşkarladı

14 Jan 2012 16:34

IslamTimes - MOSSAD üzvləri "Cundullah" terror qruplaşması ilə danışıqlar zamanı özlərini CIA agentləri kimi təqdim edib


"IslamTimes" xəbər verir ki, Amerikanın "Foreign police" ötən gün MOSSAD casuslarının CIA agentləri adı ilə "Cundullah" qruplaşması üzvlərindən istifadə etdiyi barədə məlumat verib. Bu qruplaşma Pakistanda yerləşir. MOSSAD terroristlərdən İranda müxtəlif əməliyyatlar həyata keçirməyi tələb edib.

2007-2008-ci ilə məxsus bir sıra qeydlərdə MOSSAD casuslarının dollar və ABŞ pasportları vasitəsi ilə "Cundullah" qruplaşması üzvləri ilə əlaqə yaratdığı bildirilir. MOSSAD üzvləri terror qruplaşması ilə danışıqlar zamanı özlərini CIA agentləri kimi təqdim edib. Danışıq əməliyyatlarının bir çoxunun Londonda aparıldığı bildirilir.

Xatırladaq ki, "Cundullah" terror qruplaşması bu günədək İranda bir çox terror əməliyyatları həyata keçirmişdir ki, onların sonuncusu ötən ilin iyul ayında İranın Zahidan şəhərindəki came məscidində törədilib. Bu terror zamanı 28 nəfər günahsız həyatını itirib.


Story Code: 130222

News Link :
https://www.islamtimes.org/az/news/130222/foreign-police-iran-əleyhinə-terrorlarda-mossad-ın-izini-aşkarladı

Islam Times
  https://www.islamtimes.org