QR CodeQR Code

ABŞ bombası İran qarşısında aciz qaldı

29 Jan 2012 18:39

IslamTimes - Pentaqon ekspertləri Birləşmiş Ştatların qeyri-nüvə silahlarının İran ərazisindəki möhkəmləndirilmiş yeraltı obyektləri dağıtmaq iqtidarında olmadığını deyirlər.


Milli.Az "The Wall Street Journal"a istinadən bildirir ki, Pentaqon ekspertləri Birləşmiş Ştatların qeyri-nüvə silahlarının İran ərazisindəki möhkəmləndirilmiş yeraltı obyektləri dağıtmaq iqtidarında olmadığını deyirlər.

Məsələn, sınaqlar 13,6 ton ağırlığında GBU-57 (“MOP, Massive Ordnance Penetrator” kimi də tanınır) antibunker bombasının bu tapşırığın öhdəsindən gəlməyəcəyini anlayıblar. 

Sözügedən bomba İran və Şimali Koreyanın nüvə obyektlərini qorumaq üçün inşa edilən yeraltı bunkerləri dağıtmaq üçün istehsal olunub.

Lakin İranın yeraltı obyektləri çox dərində yerləşdiyindən və əlavə müdafiə sistemlərinə malik olduğundan bomba "aciz" qalıb. 

Hazırda ABŞ Hərbi-Hava Qüvvələrində 20 MOP bombası var.


Story Code: 134017

News Link :
https://www.islamtimes.org/az/news/134017/abş-bombası-iran-qarşısında-aciz-qaldı

Islam Times
  https://www.islamtimes.org