QR CodeQR Code

Türkiyə 5 PKK terrorçusu öldürüldü

3 Feb 2012 16:40

IslamTimes - Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilir.


“Hürriyət” qəzetinin verdiyi məlumata görə, Türkiyə polisi Batmanın Kozluq rayonunda dağlıq ərazidəki bir mağarada terrorçuların olduğunu üzə çıxarıb.
Mağara mühasirəyə alınıb və terrorçulara təslim olmaq təklif edilib. Ancaq terrorçular atəş açmağa başlayıblar. Atışma zamanı 5 terrorçu öldürülüb. Atışma davam edir. Bölgəyə xüsusi təyinatlılar gətirilib. Öldürülən terrorçuların sayının artacağı istisna edilmir. /Lent.az/


Story Code: 135142

News Link :
https://www.islamtimes.org/az/news/135142/türkiyə-5-pkk-terrorçusu-öldürüldü

Islam Times
  https://www.islamtimes.org