QR CodeQR Code

İran əzmlə irəli addımlayır

11 Feb 2012 19:16

IslamTimes - İran prezidenti Mahmud Əhmədinejad: "Yaxın bir neçə gün ərzində dünya nüvə proqramı sahəsində yeni ciddi nailiyyətlər əldə etdiyimizə şahid olacaq".


"IslamTimes" "ISNA"-ya istinadən xəbər verir ki, İranda İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə bağlı bütün İranda milyonlarla iranlı küçələrə axışaraq, bayram əhval-ruhiyyəsi yaradıblar. Hətta Ərdəbil kimi bir neçə şəhərdə qar yağmasına baxmayaraq, bütün əhali İslam inqilabının il dönümü qeyd edib.

Tehranın Azadi meydanındakı çıxışında prezident Mahmud Əhmədinejad deyib: "İran 33 il ərzində düşmənlərin təzyiqlərinə baxmayaraq böyük nailiyyətlər əldə edib. Xüsusi ilə son illərdə təzyiqlərin daha da şiddətlənməsi səbəbindən bu nailiyyətlər bir neçə qat artıb. Yaxın bir neçə gün ərzində dünya nüvə proqramı sahəsində yeni ciddi nailiyyətlər əldə etdiyimizə şahid olacaq".


Story Code: 137020

News Link :
https://www.islamtimes.org/az/news/137020/iran-əzmlə-irəli-addımlayır

Islam Times
  https://www.islamtimes.org