QR CodeQR Code

Lukaşenko İranla münasibətlərin möhkəmləndirilməsini istəyib

16 Feb 2012 15:17

IslamTimes - Belarus prezidenti iranlı həmkarına müraciətdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb


Belarus prezidenti Aleksandr Lukaşenko İranlı həmkarına etdiyi müraciətində İran İslam İnqilabının əzəmətli qələbəsinin ildönümü münasibəti ilə onu təbrik edib və iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsini vurğulayıb.

Lukaşenko həmçinin müraciətində uzun illər İranla Belarus arasında gedən dostluq münasibətlərinə işarə edərək, gələcəkdə də bu münasibətlərin genişləndirilməsini arzulayıb.

Lukaşenko müraciətinin digər hissəsində İranla Belarus əməkdaşlıqlarının genişləndirilməsinə görə həmkarına öz təşəkkürünü bildirib.

İranla Belarus münasibətləri genişlənməkdədir və iki ölkə sənaye və enerji kimi mühüm və həssas sahələrdə əməkdaşlıq edirlər. /AzadXeber/


Story Code: 138311

News Link :
https://www.islamtimes.org/az/news/138311/lukaşenko-iranla-münasibətlərin-möhkəmləndirilməsini-istəyib

Islam Times
  https://www.islamtimes.org