QR CodeQR Code

Alman həkimləri: «Yuliya Timoşenko ağır xəstədir»

21 Feb 2012 07:12

IslamTimes - Professor Aynhoypl rəsmi olaraq xanım Timoşenkonun ciddi xəstə olduğunu təsdiq edir.


Fevralın 14-də Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu müayinə etmiş alman həkimləri onun ciddi xəstə olduğunu bildiriblər. Bu barədə Charite klinikasının nümayəndəsi Ştefani Vinde məlumat verib.

«Professor Aynhoypl rəsmi olaraq xanım Timoşenkonun ciddi xəstə olduğunu təsdiq edir», deyə o bildirib.

Vindenin sözlərinə görə, Karl-Maks Aynhoypl hazırda tibbi müayinənin təfərrüatlarını ictimaiyyətə açıqlaya bilmir. «Professor təfərrüatları açıqlamamağı söz verib», deyə Vinde əlavə eib.


Story Code: 139482

News Link :
https://www.islamtimes.org/az/news/139482/alman-həkimləri-yuliya-timoşenko-ağır-xəstədir

Islam Times
  https://www.islamtimes.org