0
Tuesday 21 February 2012 - 07:12

Alman həkimləri: «Yuliya Timoşenko ağır xəstədir»

Story Code : 139482
Yuliya Timoşenko
Yuliya Timoşenko
Fevralın 14-də Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu müayinə etmiş alman həkimləri onun ciddi xəstə olduğunu bildiriblər. Bu barədə Charite klinikasının nümayəndəsi Ştefani Vinde məlumat verib.

«Professor Aynhoypl rəsmi olaraq xanım Timoşenkonun ciddi xəstə olduğunu təsdiq edir», deyə o bildirib.

Vindenin sözlərinə görə, Karl-Maks Aynhoypl hazırda tibbi müayinənin təfərrüatlarını ictimaiyyətə açıqlaya bilmir. «Professor təfərrüatları açıqlamamağı söz verib», deyə Vinde əlavə eib.
Comment