QR CodeQR Code

Silahlı şəxslər Misir prezidentliyinə namizədi yaralayıblar

24 Feb 2012 13:28

IslamTimes - Qahirədə prezidentliyə namizəd, islamçı Abdel Moneim Abdul Fatux hücuma məruz qalıb.


APA-nın məlumatına görə, silahlı şəxslər prezidentliyə namizədin maşınını qaçırıblar. Namizəd özü beyin silkələnməsi travması alıb. “Reuters”in xəbərinə görə, üç nəfər maskalı şəxs siyasətçinin başına zərbə endirərək maşından düşürüb, sonra onun maşınında aradan çıxıblar. Hadisə Qahirədə dairəvi yolda baş verib. Xəsarət almış prezidentliyə namizəd xəstəxanaya çatdırılıb və intensiv terapiya şöbəsində həkim nəzarəti altında saxlanır. 60 yaşlı Fatux “Müsəlman qardaşları” partiyasının sabiq üzvüdür və prezidentliyə əsas namizədlərdən sayılır. Misirdə prezident seçkiləri iyun ayında keçiriləcək.


Story Code: 140408

News Link :
https://www.islamtimes.org/az/news/140408/silahlı-şəxslər-misir-prezidentliyinə-namizədi-yaralayıblar

Islam Times
  https://www.islamtimes.org