0
Friday 24 February 2012 - 13:28

Silahlı şəxslər Misir prezidentliyinə namizədi yaralayıblar

Story Code : 140408
Misir
Misir
APA-nın məlumatına görə, silahlı şəxslər prezidentliyə namizədin maşınını qaçırıblar. Namizəd özü beyin silkələnməsi travması alıb. “Reuters”in xəbərinə görə, üç nəfər maskalı şəxs siyasətçinin başına zərbə endirərək maşından düşürüb, sonra onun maşınında aradan çıxıblar. Hadisə Qahirədə dairəvi yolda baş verib. Xəsarət almış prezidentliyə namizəd xəstəxanaya çatdırılıb və intensiv terapiya şöbəsində həkim nəzarəti altında saxlanır. 60 yaşlı Fatux “Müsəlman qardaşları” partiyasının sabiq üzvüdür və prezidentliyə əsas namizədlərdən sayılır. Misirdə prezident seçkiləri iyun ayında keçiriləcək.
Comment