QR CodeQR Code

İran parlamentinə 219 nəfərin seçildiyi açıqlanıb

5 Mar 2012 15:54

IslamTimes - İranda bir neçə gün öncə keçirilən və Qərbi şoka salan seçkidə 219 nəfərin parlamentə üzv seçildiyi açıqlanıb


İranda martın 2-də keçirilmiş IX çağırış parlament seçkilərində 204 seçki bölgəsindən 219 namizəd deputat seçilib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın Daxili İşlər Nazirliyi məlumat yayıb. Xəbərdə seçicilərin ən az ¼-nin səsini ala bilməyən namizədlərin ikinci turda mübarizə aparacaqları bildirilib. İkinci turun nə vaxt keçiriləcəyi məlum deyil. Seçkilərin rəsmi nəticələri bu gün açıqlanacaq.


Story Code: 143146

News Link :
https://www.islamtimes.org/az/news/143146/iran-parlamentinə-219-nəfərin-seçildiyi-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org