QR CodeQR Code

Prezident Aparatının qarşısında daha bir etiraz aksiyası

6 Mar 2012 16:29

IslamTimes -Fırıldaqçı tikinti şirkətlərinin fəlaiyyətindən zərər çəkən istehlakçılar bu gün saat 15-də Prezident Administrasiyasının qarşısına toplaşaraq aksiya keçiriblər.


Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu məlumat verib.

Onun sözlərinə görə, bu dəfə zərərçəkənlərin çoxu “GEN” MMC-dən şikayətçidirlər. Uzun müddətdir ki, çoxsaylı şikayət və aksiyalara baxmayaraq, bu insanlara nə pul, nə də mənzil verilmir. Odur ki, dələduz şirkətlərin qurbanları çıxış yolunu davamlı etiraz aksiyalarında görürlər.

Reportyorumuzun dediyinə görə, şikayətçilərin qaldırdıqları plakatı və şüarları yeniləyiblər, amma tələblər köhnə olaraq qalır. /Deyerler/


Story Code: 143452

News Link :
https://www.islamtimes.org/az/news/143452/prezident-aparatının-qarşısında-daha-bir-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org