0
Tuesday 6 March 2012 - 16:29

Prezident Aparatının qarşısında daha bir etiraz aksiyası

Story Code : 143452
Prezident - aksiyası
Prezident - aksiyası
Bu barədə musavat.com-a "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu məlumat verib.

Onun sözlərinə görə, bu dəfə zərərçəkənlərin çoxu “GEN” MMC-dən şikayətçidirlər. Uzun müddətdir ki, çoxsaylı şikayət və aksiyalara baxmayaraq, bu insanlara nə pul, nə də mənzil verilmir. Odur ki, dələduz şirkətlərin qurbanları çıxış yolunu davamlı etiraz aksiyalarında görürlər.

Reportyorumuzun dediyinə görə, şikayətçilərin qaldırdıqları plakatı və şüarları yeniləyiblər, amma tələblər köhnə olaraq qalır. /Deyerler/
Comment