QR CodeQR Code

Davudoğlu: İran - 5+1 danışıqları İstanbulda keçiriləcək

11 Mar 2012 08:09

IslamTimes - 5+1 bildirib ki, İranla baş tutacaq görüşdən sonra bir sıra mübahisəli məsələlərdə qarşı tərəflərdə bir-birinə inam yaracağına ümid edir.


"IslamTimes" "Hüriyyət" qəzetinə istinadən xəbər verir ki, Əhməd Davudoğlu aprel ayında İranla 5+1 arasında danışıqlara İstanbulun ev sahibliyi edəcəyini bildirib.

Bu xəbər 5+1 qrupunun İranla danışıqlara hazır olmasını elan etməsindən bir gün sonra verilib.

5+1 bildirib ki, İranla baş tutacaq görüşdən sonra bir sıra mübahisəli məsələlərdə qarşı tərəflərdə bir-birinə inam yaracağına ümid edir.

Xatırladaq ki, Avropa İttifaqının Xarici Əlaqələr Şöbəsinin rəhbəri Katrin Eşton son günlərdə İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Səid Cəliliyə ünvanladığı məktubda 5+1-in İranla danışıqların yenidən başlamasına meylli olduğunu açıqlamışdı.


Story Code: 144624

News Link :
https://www.islamtimes.org/az/news/144624/davudoğlu-iran-5-1-danışıqları-istanbulda-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org