QR CodeQR Code

Medvedevdən ABŞ-a sərt mesaj

XezerXeber , 29 Mar 2012 08:20

IslamTimes - Medvedev Romninin Rusiyanı nəzərdə tutaraq dediyi “ABŞ-ın bir nömrəli geosiyasi düşməni” ifadəsinə sərt cavab verib


Rusiya prezidenti Dmitri Medvedev ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi olmağa çalışan Mit Romninin Rusiyanı nəzərdə tutaraq dediyi “ABŞ-ın bir nömrəli geosiyasi düşməni” ifadəsinə sərt cavab verib.

Medvedev Romninin sözlərindən “Hollivud iyi” gəldiyini deyib və ona “başını istifadə etməyi” məsləhət görüb.

“Mən ABŞ prezidentliyinə namizədlərə azı iki şey etməyi məsləhət görürəm: başlarını işlətməyi və mövqələrini formalaşdırarkən məntiqli olmağı və vaxta nəzər salmağı, indi 2012-ci ildir, 1970-lərin axırı deyil” – Medvedev Romniyə cavab olaraq deyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Medvedevlə görüşü zamanı noyabrda keçiriləcək prezident seçkilərindən sonra raket müdafiəsi kimi mövzularda daha rahat ola biləcəyini demişdi. “CNN”-ə verdiyi müsahibəsində isə Respublikaçıların prezidentliyə namizdələrindən olan Romni Obamanın sözlərini tənqid etmiş və Rusiyanı ABŞ-ın bir nömrəli geosiyasi düşməni adlandırmışdı.


Story Code: 148881

News Link :
https://www.islamtimes.org/az/news/148881/medvedevdən-abş-a-sərt-mesaj

Islam Times
  https://www.islamtimes.org