0
Thursday 29 March 2012 - 08:20

Medvedevdən ABŞ-a sərt mesaj

Story Code : 148881
Medvedevdən ABŞ-a sərt mesaj
Medvedevdən ABŞ-a sərt mesaj
Rusiya prezidenti Dmitri Medvedev ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi olmağa çalışan Mit Romninin Rusiyanı nəzərdə tutaraq dediyi “ABŞ-ın bir nömrəli geosiyasi düşməni” ifadəsinə sərt cavab verib.

Medvedev Romninin sözlərindən “Hollivud iyi” gəldiyini deyib və ona “başını istifadə etməyi” məsləhət görüb.

“Mən ABŞ prezidentliyinə namizədlərə azı iki şey etməyi məsləhət görürəm: başlarını işlətməyi və mövqələrini formalaşdırarkən məntiqli olmağı və vaxta nəzər salmağı, indi 2012-ci ildir, 1970-lərin axırı deyil” – Medvedev Romniyə cavab olaraq deyib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Medvedevlə görüşü zamanı noyabrda keçiriləcək prezident seçkilərindən sonra raket müdafiəsi kimi mövzularda daha rahat ola biləcəyini demişdi. “CNN”-ə verdiyi müsahibəsində isə Respublikaçıların prezidentliyə namizdələrindən olan Romni Obamanın sözlərini tənqid etmiş və Rusiyanı ABŞ-ın bir nömrəli geosiyasi düşməni adlandırmışdı.
Source : XezerXeber
Comment