QR CodeQR Code

Maliki: İraq Bəşar Əsəd rejiminin süqutuna yönəlmiş fəaliyyətlərə qarşıdır

1 Apr 2012 22:47

IslamTimes - Maliki: "Artıq Suriyada uyğun hadisələrin başlamasından bir il ötür və Suriya hakimiyyəti süqut etməyib."


İraqın baş naziri Nuri əl-Maliki bu gün paytaxt Bağdadda mətbuat konfransında deyib: "Bağdad Suriya müxalifətinin silahlandırılması və Suriya dövlətinin devrilməsi istiqamətində atılan addımlara qarşıdır. Çünki bu iş məntəqədə daha böyük böhranın yaranmasına səbəb ola bilər."

Maliki əlavə edib: "Artıq Suriyada uyğun hadisələrin başlamasından bir il ötür və Suriya hakimiyyəti süqut etməyib. Ümumiyyətlə bu rejimin süqut etməsi üçün bir səbəb varmı?!"

İraqın baş nazirinin uyğun sözləri Türkiyənin İstanbul şəhərində keçirilən "Suriyanın dostları" toplantısının keçirilməsi ilə eyni vaxta təsadüf edib.

Maliki bildirib ki, İraq bəzi dövlətlərin Suriyanın daxili işlərinə qarışmasına qarşıdır və bu dövlətlər nə vaxtsa başqa ölkələrin də daxili işlərinə müdaxilə edəcək.

Suriya xalqı son aylarda dəfələrlə Bəşər Əsədi himayə etdiklərini bütün dünyaya nümayiş etdiriblər.


Story Code: 149612

News Link :
https://www.islamtimes.org/az/news/149612/maliki-iraq-bəşar-əsəd-rejiminin-süqutuna-yönəlmiş-fəaliyyətlərə-qarşıdır

Islam Times
  https://www.islamtimes.org