QR CodeQR Code

İsrail rejimində bahalıq adamları küçəyə çıxarıb

2 Apr 2012 13:34

IslamTimes - Etiraz nümayişlərində sionist rejimin baş naziri Netanyahunun istefası tələb edilir.


İsrail rejimində elektrik enerjisi, təbii qaz və maye yanacaq qiymətlərinin artırılmasına etiraz edənlər Təl-Əvivdə nümayiş təşkil edib. Nümayişçilər sionist baş nazir Benyamin Netanyahunun istefasını tələb edir. Əllərində məşəllərlə gedən nümayişçilər yolları bağlayaraq, sionist hökumət əleyhinə şüarlar səsləndiriblər. Nümayişçilər İsrail rejimində həyatın getdikcə bahalaşmasına da etiraz edib.

Nümayişçilərdən bir hissəsi "Rabin Meydanı"nda çadır qurub. Rejim polisinin çadırları sökməsinə baxmayaraq, nümayişçilər meydandan çıxmağı rədd edib. Sionist baş nazir Netanyahunun maye yanacaq qiymətlərinin artımı ilə bağlı rejimin maliyyə naziri ilə görüşərək, qiymətləri aşağı saldığı məlum olub. Agentliklər sionist rejim maliyyə nazirliyinin benzinin litrinə 20 aqorotluk artım planlaşdırğını, Netanyahunun müdaxilə edərək artımı hər litrə 5 aqorotla kifayətləndiyini bildirir. Artımın az olması səbəbindən rejim büdcəsində yaranacaq kəsirin qarşısını isə digər sahələrdə, ictimai xərcləmələrdə ediləcək azaltmalarla alınması planlaşdırılır.

İsrail rejimində 8 ay əvvəl də bahalığa etiraz nümayişləri keçirilib. Nümayişlərə baxmayaraq, rejimdə son 3 ay ərzində elektrik enerjisi 25% bahalaşdığı ifadə edilir. /Deyerler/


Story Code: 149744

News Link :
https://www.islamtimes.org/az/news/149744/israil-rejimində-bahalıq-adamları-küçəyə-çıxarıb

Islam Times
  https://www.islamtimes.org