QR CodeQR Code

Türkiyə İraq sərhədlərini bombaladı

3 Apr 2012 14:41

IslamTimes - Türkiyə ordusunun təyyarələri İraqın hava sərhədlərini pozaraq bu ölkənin şimal bölgələrini bombalayıb.


Türkiyə ordusunun hərbi təyyarələri dünən İraqın hava hüdudlarını pozaraq Qəndil sərhəd kəndləri üzərində uçuşublar. Bundan əlavə isə 1 saat uçuş zamanı bəzi yerləri də bombalayıblar.

İraq informasiya agentliyinin məlumatına görə Türkiyə ordusu terrorçu PKK qruplaşması üzvlərinin ardınca olması bəhanəsilə İraq Kürdüstanı hava zolaqlarına intensiv hücum edirlər, hücum zamanı bombardıman edirlər.

Türkiyə ordusunun hava hücumları nəticəsində indiyə qədər İraq Kürdüstanı sərhəd bölgələrindəki kənd sakinlərinə ziyanlar vurulub. /AzadXeber/


Story Code: 150078

News Link :
https://www.islamtimes.org/az/news/150078/türkiyə-iraq-sərhədlərini-bombaladı

Islam Times
  https://www.islamtimes.org