0
Tuesday 3 April 2012 - 14:41

Türkiyə İraq sərhədlərini bombaladı

Story Code : 150078
Türkiyə - Iraq
Türkiyə - Iraq
Türkiyə ordusunun hərbi təyyarələri dünən İraqın hava hüdudlarını pozaraq Qəndil sərhəd kəndləri üzərində uçuşublar. Bundan əlavə isə 1 saat uçuş zamanı bəzi yerləri də bombalayıblar.

İraq informasiya agentliyinin məlumatına görə Türkiyə ordusu terrorçu PKK qruplaşması üzvlərinin ardınca olması bəhanəsilə İraq Kürdüstanı hava zolaqlarına intensiv hücum edirlər, hücum zamanı bombardıman edirlər.

Türkiyə ordusunun hava hücumları nəticəsində indiyə qədər İraq Kürdüstanı sərhəd bölgələrindəki kənd sakinlərinə ziyanlar vurulub. /AzadXeber/
Comment