QR CodeQR Code

Sabiq rejissor: Əl-Cəzirə Siruya hadisələrini saxtalaşdırır

Islamtimes , 6 Apr 2012 23:50

İslamtimes - Əl-Cəzirə kanalı Suriya müxalifətini dəstəkləyərək olan həqiqətləri təhrif edir .


islamtimes.org/az/ - Ərəb peyk şəbəksi olan Əl-Cəzirə kanalının sabiq işçisi bildirib ki, kanal Suriyadakı hadisələri saxtalaşdırır.

Reutersin Əl-Cəzirənin Beyrut bürosunda çalışan sabiq rejissor Musa Əhmədə istinadən verdiyi məlumatda bildirilir ki, hadisələr həqiqətdə mediada (Əl-Cəzirədə) deyilənlərlə tam fərqlidir.

Əhməd kanalın xeyli sayda faktları gizlətdiyini bildirərək həqiqətləri uzun müddət gizli saxladığına görə təəssüfləndiyini bildirib.

Əhməd Əl-Cəzirə telekanalının Livanda çalışan 5 işçisindən biridir ki, mart ayının ortalarında kanalın Suriyada olan münasibətlərinə görə işdən çıxmışdır.

Əhməd həmçinin Əl-Cəzirəni Suriya müxalifətini dəstəklədiyini və ölkədə olan həqiqətləri təhrif etməkdə ittiham edib.

Artıq hər kəs tərəfindən bilinən həqiqət bundan ibarətdir ki, Qətər Əmirliyinin Əl-Cəzirə kanalında yayımlanan verilişlərə təsiri var.
Bunu da əlavə edək ki, telekanalın Bəhreyn və Liviya üzrə yeritdiyi siyasət kanal işçiləri arasında fikir ayrılığına səbəb olub.


Story Code: 150955

News Link :
https://www.islamtimes.org/az/news/150955/sabiq-rejissor-əl-cəzirə-siruya-hadisələrini-saxtalaşdırır

Islam Times
  https://www.islamtimes.org