0
Friday 6 April 2012 - 23:50

Sabiq rejissor: Əl-Cəzirə Siruya hadisələrini saxtalaşdırır

Story Code : 150955
Sabiq rejissor: Əl-Cəzirə Siruya hadisələrini saxtalaşdırır
Sabiq rejissor: Əl-Cəzirə Siruya hadisələrini saxtalaşdırır
Islam times.org/az/ - Ərəb peyk şəbəksi olan Əl-Cəzirə kanalının sabiq işçisi bildirib ki, kanal Suriyadakı hadisələri saxtalaşdırır.

Reutersin Əl-Cəzirənin Beyrut bürosunda çalışan sabiq rejissor Musa Əhmədə istinadən verdiyi məlumatda bildirilir ki, hadisələr həqiqətdə mediada (Əl-Cəzirədə) deyilənlərlə tam fərqlidir.

Əhməd kanalın xeyli sayda faktları gizlətdiyini bildirərək həqiqətləri uzun müddət gizli saxladığına görə təəssüfləndiyini bildirib.

Əhməd Əl-Cəzirə telekanalının Livanda çalışan 5 işçisindən biridir ki, mart ayının ortalarında kanalın Suriyada olan münasibətlərinə görə işdən çıxmışdır.

Əhməd həmçinin Əl-Cəzirəni Suriya müxalifətini dəstəklədiyini və ölkədə olan həqiqətləri təhrif etməkdə ittiham edib.

Artıq hər kəs tərəfindən bilinən həqiqət bundan ibarətdir ki, Qətər Əmirliyinin Əl-Cəzirə kanalında yayımlanan verilişlərə təsiri var.
Bunu da əlavə edək ki, telekanalın Bəhreyn və Liviya üzrə yeritdiyi siyasət kanal işçiləri arasında fikir ayrılığına səbəb olub.
Source : Islamtimes
Comment