QR CodeQR Code

Səddamın müavini 9 ildən sonra peyda olub

8 Apr 2012 15:24

IslamTimes - Səddam Hüseynin qan içən diktator olduğu hamıya gün kimi aydındır. Belə bir diktatorun silahdaşı, müavini olmuş şəxsin Səudiyyə Ərəbistanı, Suriya müxaliflərini dəstəkləməsi bir çox qaranlıq məqamlara aydınlıq gətirib.


"IslamTimes" xəbər verir ki, İraqın sabiq diktator prezidenti Səddam Hüseynin müavini olmuş və hazırda BƏƏS partiyasının rəhbəri kimi tanınan İzzət İbrahim əd-Duri 9 ildən sonra peyda olub. İbrahim əd-Duri yayımlanan videogörüntüdə bəzi ərəb başçılarının yalan iddialarını təkrarlayıb. O deyib: "İraqın hazırkı siyasiləri İran tərəfindən idarə olunur."

Xatırladaq ki, dəfələrlə İzzət İbrahim əd-Durinin ölüm, ya ağır xəstə olduğu xəbəri yayılıb. Amma videogörüntüdə o öncəkindən daha yaşlı görünsə də gümrahdır və heç bir xəstəlik əlaməti müşahidə edilmir. Həmçinin onun arxasında cangündəni olan 3 yüksək rütbəli hərbiçi də müşahidə edilir.

Səddamın sabiq müavini sözlərinin davamında Səudiyyə Ərəbistanı padşahı Məlik Abdullahı tərif edərək onu İslam ümmətinin rəhbəri kimi təqdim edir.

İraq hökuməti dəfələrlə Səudiyyə rejimini BƏƏS partiyasına maddi və mənəvi dəstək olmaqda günahlandırıb.

İzzət İbrahim əd-Duri Suriyada müxalifət adı ilə mübarizə aparanları da dəstəklədiyini bildirib.


Story Code: 151481

News Link :
https://www.islamtimes.org/az/news/151481/səddamın-müavini-9-ildən-sonra-peyda-olub

Islam Times
  https://www.islamtimes.org