QR CodeQR Code

İran neftinə qarşı sanksiya Avropa üçün "ölüm" deməkdir

12 Apr 2012 10:33

IslamTimes - Nikolay Tukarov: Avropanın İran neftinə qarşı sanksiyalara qoşulması onlar üçün "ölüm" deməkdir.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Rusiyanın "Trans neft" şirkətinin rəisi Nikolay Tukarov deyib: "Avropa İran neftinə tətbiq olunan sanksiyalar səbəbindən yarancaq neft qıtlığını bərpa edə bilməyəcək.

İran Avropaya ildə 30 milyon ton neft ixrac edir. Bu həcmi digər ölkənin nefti ilə əvəz etmək demək olar ki qeyri-mümkündür.

Bazarlarda neft ixracının həcmi müəyyən edilib. İndi Avropaya əlavə neft vermək üçün neft hasilatının həcmi artırılmalıdır. Amma 30 milyon ton nefti hasilatın artırılması ilə əvəz etmək qeyri-mümkündür.

Avropa İran neftindən imtina etməyə dəstək verdiyini açıqladığı gündən İran özü bir neçə Avropa ölkəsinə neft idxalını dayandırıb. Avropanın İslam Respublikasına qarşı sanksiyaya qoşulması onlar üçün "ölüm" deməkdir.


Story Code: 152608

News Link :
https://www.islamtimes.org/az/news/152608/iran-neftinə-qarşı-sanksiya-avropa-üçün-ölüm-deməkdir

Islam Times
  https://www.islamtimes.org