QR CodeQR Code

CNN: "İran yenə İsrailin casusunu tutdu"

18 Apr 2012 16:09

IslamTimes - İran İsrail rejiminə casusluq edən və terror aktları planlaşdıran 15 nəfərdən çox adamın tutulduğunu açıqlayıb.


(CNN) Dövlət televiziyasının xəbərinə görə, Kəşfiyyat Nazirliyi ictimaiyyətə "müxtəlif əməliyyatlarda tutulan, İsrail rejimi üçün işləyən casus və terroristlər haqqında" açıqlama verib.

Açıqlamada bildirilir: "İsrail rejimi gizli xidməti «Mossad» üçün təxribat və terror aktlarının törədilməsini planlaşdıran, aralarında iranlıların da olduğu 15-dən artıq casus və terrorist tutulub".

Bu şəxslərin iranlı elm xadimlərinə sui-qəsd etmək və infrastrukturu bombalamaqda vəzifəli olduqları qeyd edilir. Bundan başqa, açıqlamada qonşu ölkələrdən birində İran əleyhinə fəaliyyətlərdə olan bir «Mossad» bazasının da müəyyən olunduğu ifadə edilir. /Deyerler/


Story Code: 154459

News Link :
https://www.islamtimes.org/az/news/154459/cnn-iran-yenə-israilin-casusunu-tutdu

Islam Times
  https://www.islamtimes.org