0
Wednesday 18 April 2012 - 16:09

CNN: "İran yenə İsrailin casusunu tutdu"

Story Code : 154459
CNN - Iran - Israil
CNN - Iran - Israil
(CNN) Dövlət televiziyasının xəbərinə görə, Kəşfiyyat Nazirliyi ictimaiyyətə "müxtəlif əməliyyatlarda tutulan, İsrail rejimi üçün işləyən casus və terroristlər haqqında" açıqlama verib.

Açıqlamada bildirilir: "İsrail rejimi gizli xidməti «Mossad» üçün təxribat və terror aktlarının törədilməsini planlaşdıran, aralarında iranlıların da olduğu 15-dən artıq casus və terrorist tutulub".

Bu şəxslərin iranlı elm xadimlərinə sui-qəsd etmək və infrastrukturu bombalamaqda vəzifəli olduqları qeyd edilir. Bundan başqa, açıqlamada qonşu ölkələrdən birində İran əleyhinə fəaliyyətlərdə olan bir «Mossad» bazasının da müəyyən olunduğu ifadə edilir. /Deyerler/
Comment