QR CodeQR Code

Müxalifətin mitinqinə icazə verildi

18 Apr 2012 17:29

IslamTimes - Ötən mitinqdə xalqın aksiyaya qatılmaması üçün nəqliyyat vasitələrinin gediş-gəlişində problem yaradan Əliyev rejimi görəsən bu dəfə nə edəcək?


Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 22 apreldə saat 16-dan 18-dək yürüş-mitinq keçirməklə bağlı müraciətinə bu gün günün ikinci yarısı müsbət cavab verib.

Bu barədə Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu musavat-com-u məlumatlandırıb. BŞİH-nin cavabında 22 apreldə 20-ci sahədəki sürücülük məktəbinin təlim meydançasında mitinq keçirilməsi məqsədəuyğun hesab olunduğu bildirilib.
İctimai Palatanın bu təkliflə razılaşıb-razılaşmayacağı hazırda davam edən Koordinasiya Şurasının toplantısında bəlli olacaq.

ETİBAR


Story Code: 154481

News Link :
https://www.islamtimes.org/az/news/154481/müxalifətin-mitinqinə-icazə-verildi

Islam Times
  https://www.islamtimes.org