QR CodeQR Code

Yuliya Timoşenko Xarkov klinikasına köçürülüb

APA , 21 Apr 2012 06:43

IslamTimes - Hazırda Xarkovda həbsxanada cəzasını çəkən Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bu gecə «Ukrzaliznıtsya» şirkətinin klinikasına aparılıb.


Bu barədə Xarkovun «Qlavnoe» internet portalı məlumat yayıb. Ukrayna Penitensiar xidməti bu məlumatı təsdiq edib.

Timoşenkonun müdafiəçisi onun səhhətində ciddi problemlər olduğunu iddia edir. Onların sözlərinə görə keçmiş baş nazir sərbəst surətdə yeriyə bilmir. Timoşenko özü isə onu xarici mütəxəssislərin müalicə etməsini tələb edir. Ukrayna baş prokurorluğu Yuliya Timoşenkonun xaricdə müalicəsinə icazə verilməyəcəyini bəyan edib.


Story Code: 155135

News Link :
https://www.islamtimes.org/az/news/155135/yuliya-timoşenko-xarkov-klinikasına-köçürülüb

Islam Times
  https://www.islamtimes.org