0
Saturday 21 April 2012 - 06:43

Yuliya Timoşenko Xarkov klinikasına köçürülüb

Story Code : 155135
Yuliya Timoşenko
Yuliya Timoşenko
Bu barədə Xarkovun «Qlavnoe» internet portalı məlumat yayıb. Ukrayna Penitensiar xidməti bu məlumatı təsdiq edib.

Timoşenkonun müdafiəçisi onun səhhətində ciddi problemlər olduğunu iddia edir. Onların sözlərinə görə keçmiş baş nazir sərbəst surətdə yeriyə bilmir. Timoşenko özü isə onu xarici mütəxəssislərin müalicə etməsini tələb edir. Ukrayna baş prokurorluğu Yuliya Timoşenkonun xaricdə müalicəsinə icazə verilməyəcəyini bəyan edib.
Source : APA
Comment