QR CodeQR Code

Rusiya ilə Çin birgə hərbi təlimlərə başladı

XezerXeber , 23 Apr 2012 00:03

IslamTimes - Təlimlər 22-27 apreldə Sarı dənizdə həyata keçiriləcək


Rusiya və Çin geniş-miqyaslı birgə hərbi-dəniz təlimlərə başlayıb. "Dənizdə qarşılıqlı təsir-2012" adlı birgə təlimlər Sarı dənizdə həyata keçirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər bu gün başlayıb və aprelin 27-dək davam edəcək.

Rusiya tərəfdən təlimlərdə "Admiral Tributs", "Marşal Şapoşnikov" və "Admiral Vinoqradov" kimi qayıq-əleyhinə gəmilər, eləcə də MB-37 və SB-522 tipli buksir-gəmilər iştirak edir.

Təlimlərin məqsədi dənizdə anti-pirat və anti-terror əməliyyatların qarşılıqlı təsir şəraitində işlənib hazırlanmasıdır.


Story Code: 155672

News Link :
https://www.islamtimes.org/az/news/155672/rusiya-ilə-çin-birgə-hərbi-təlimlərə-başladı

Islam Times
  https://www.islamtimes.org