0
Monday 23 April 2012 - 00:03

Rusiya ilə Çin birgə hərbi təlimlərə başladı

Story Code : 155672
Rusiya ilə Çin birgə hərbi təlimlərə başladı
Rusiya ilə Çin birgə hərbi təlimlərə başladı
Rusiya və Çin geniş-miqyaslı birgə hərbi-dəniz təlimlərə başlayıb. "Dənizdə qarşılıqlı təsir-2012" adlı birgə təlimlər Sarı dənizdə həyata keçirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər bu gün başlayıb və aprelin 27-dək davam edəcək.

Rusiya tərəfdən təlimlərdə "Admiral Tributs", "Marşal Şapoşnikov" və "Admiral Vinoqradov" kimi qayıq-əleyhinə gəmilər, eləcə də MB-37 və SB-522 tipli buksir-gəmilər iştirak edir.

Təlimlərin məqsədi dənizdə anti-pirat və anti-terror əməliyyatların qarşılıqlı təsir şəraitində işlənib hazırlanmasıdır.
Source : XezerXeber
Comment