QR CodeQR Code

Türkiyə İsrailin NATO sammitində iştirakına veto qoyub

Islamtimes , 24 Apr 2012 17:29

Islamtimes - Türkiyə ABŞ və Qərbin diplomatik çağırışlarına baxmayaraq 20 - 21 Mayda Çikaqoda keçiriliəcək NATO-nun sammitində İsrailin iştirakına blok qoyub.


islamtimes.org/az/ - Veto haqda məlumatı ittifaqın Bruseldə keçirilən son iclası zamanı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Hürriyət qəzetinə müsahibə verən Türk rəsmisi bildirib: “İsrail beynəlxalq sularda qətlə yetirdiyi Türk vətəndaşlarına görə üzür istəmədikcə və kompensasiya ödəmədikcə NATO-nun iclasında iştirak etməsinə imkan verməyəcəyik. Bizdən vetonu geri götürməyi tələb edirlər, ancaq belə bir şey olmayacaq.”

Türk rəsmisi sonda deyib: “Türkiyə ilə İsrail arasında olan əlaqələrin normallaşmasını istəyən dövlətlər gərək İsrailə qətlə yetirdiyi Türk vətəndaşlarına görə üzür istəməsini və kompensasiya ödəməsini məsləhət görsünlər.”


Story Code: 156244

News Link :
https://www.islamtimes.org/az/news/156244/türkiyə-israilin-nato-sammitində-iştirakına-veto-qoyub

Islam Times
  https://www.islamtimes.org