QR CodeQR Code

ABŞ-ın Hindistana qarşı növbəti təzyiqləri

8 May 2012 07:27

IslamTimes - ABŞ-ın Hindistana səfər edən xarici işlər naziri bu ölkədən İrandan neft idxalının azaldılmasını tələb edib.


“IslamTimes” “Reuters”-ə istinadən xəbər verir ki, Yeni Dehlidə səfərdə olan Hillari Klinton bu ölkədən İrandan neft idxalını azaltmağı tələb edib. Hillari Klinton rəsmi Vaşinqtonu Hindistanın sanksiyalara qoşulacağından arxayın etməyə çalışır.

Məlumatlara əsasən, İran Hindistanın neft ehtiyaclarını ödəyən ikinci ölkədir.

Bundan öncə rəsmi Dehli ABŞ-ın təzyiqləri altında İrana qarşı sanksiyalara qoşulmaqdan boyun qaçıraraq İrandan neft idxalının həcmini azaltmışdı. Amma Vaşinqton bu miqdarla kifayətlənməyib.

“Reuters” yazır: “Bu mövzu hazırda Vaşinqtonla Yeni Dehli arasında ciddi gərginliyə səbəb olub. Hindistan bildirib ki, ABŞ-ın təzyiqləri səbəbindən öz siyasətlərində dəyişiklik etmək niyyətində deyil.


Story Code: 159867

News Link :
https://www.islamtimes.org/az/news/159867/abş-ın-hindistana-qarşı-növbəti-təzyiqləri

Islam Times
  https://www.islamtimes.org