QR CodeQR Code

Türkiyə çempionatının final matçından sonra polislə azarkeşlər arasında toqquşmalar baş verib

13 May 2012 06:54

IslamTimes - Türkiyə çempionatın Şükrü Saraçoğlu stadionunda keçirilən “Fənərbaxça” “Qalatasaray” final matçından sonra “Fənərbaxça” tərəfdarları ilə polis arasında toqquşmalar baş verib.


APA-nın TRT-yə istinadən verdiyi xəbərə görə, oyun başlamazdan öncə Fənərbaxça azarkeşləri ilə polis arasında qarşıdurma yaranıb. Stadionda isə matç bitdikdən 10 dəqiqə sonra “Fənərbaxça” tərəfdarları polisə oturacaq, plastik butulka atmağa başlayıblar. Bunun ardınca oyun meydançasına çıxan tərəfdarlar ilə polis arasında dava düşüb. Toqquşmalar stadionun kənarında da baş verib. “Fənərbaxça” tərəfdarları iki maşını çeviriblər və ətraf küçələrdə barrikadalar qururlar. Polis stadionda gözyaşardıcı qazdan istifadə edib.
Bu hadisələr Şükrü Saraçoğlu stadionunda “Qalatasaray” oyunçularına Türkiyə Futbol çempionatının kubunkunu verilməsinə əngəl yaradıb. Kubok harada və nə zaman veriləcəyi barədə xəbərə verilmir.
Eyni zamanda İstanbulun Taksim meydanında minlərlə “Qalatasaray” tərəfdarları öz komandasının qələbəsini qeyd edirlər.


Story Code: 161341

News Link :
https://www.islamtimes.org/az/news/161341/türkiyə-çempionatının-final-matçından-sonra-polislə-azarkeşlər-arasında-toqquşmalar-baş-verib

Islam Times
  https://www.islamtimes.org