QR CodeQR Code

BBC-dən əliyevlərə sürpriz

15 May 2012 11:23

IslamTimes - Jurnalist Paul Kenyon nələri göstərəcək? “eurovision” arenası üçün yerin təmizlənməsi zamanı buldozerlərlə onlarla evin dağıdılmasını...


Xarici medialar bədnam “Eurovision” və Azərbaycanda insan hüquqlarının pozulması faktını araşdırmaqda davam edir. Növbəti, heç də xoş olmayan sürpriz BBC-dən gələcək. May ayının 21-də İngiltərə vaxtı ilə 20:30-da, “One Panorama” proqramında “avroviziyanın kirli sirləri” (Eurovisions dirty secret) adlı reportaj efirə gedəcək.

Jurnalist Paul Kenyon nələri göstərəcək? Yarışmanın qorxu aləti kimi işlədilməsini. Ermənistana səs göndərənlərin sorğu-suala çəkilməsini. Etiraz edən müğənninin həbsə atılacağı ilə təhdid edilməsini. “Eurovision” arenası üçün yerin təmizlənməsi zamanı buldozerlərlə onlarla evin dağıdılmasını.

Xəbərin anonsunda deyilir: Bakıdakı ABŞ səfirliyi hakim ailəni mafiya ilə müqayisə etmişdi. Rejim hakimiyyətini seçkiləri saxtalaşdırmaqla, rəqiblərini həbs etməklə və nəhəng neft ehtiyatlarına nəzarət etməklə saxlayır. O zaman dünyada ən çox sevilən musiqi yarışmasının təşkilatçıları yarışmanın Azərbaycanda keçirilməsinə niyə razılıq verdilər? /Abna/


Story Code: 162093

News Link :
https://www.islamtimes.org/az/news/162093/bbc-dən-əliyevlərə-sürpriz

Islam Times
  https://www.islamtimes.org